Husilər ABŞ gəmilərinə zərbə ENDİRDİ
Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları Ərəb dənizində ABŞ-nin esminesinə və üç təchizat gəmisinə zərbələr endiriblər.
Redaktor.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.
Onun sözlərinə görə, hücum Ərəb dənizi və Ədən körfəzində 16 ballistik və qanadlı raket, eyni zamanda pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.
Belə ki, “Stena Impeccable” tankeri, “Maersk Saratoga” konteyner gəmisi və “Liberty Grace” yük daşıyan gəmisi atəşə tutulub.
O əlavə edib ki, husilər Qəzza zolağına qarşı hərəkətlər dayandırılana qədər ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarını davam etdirəcəklər.