Rusiya ilə Türkiyə arasında münaqişə ola BİLƏR

 11:37 02.12.2024     102

Suriyada vəziyyətin gərginləşməsi və terrorçu qrupların Hələbə hücumu iki ölkənin regiondakı maraqlarının toqquşması səbəbindən Rusiya ilə Türkiyə arasında münaqişəyə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" yazır .

“Döyüşlərin artması Suriyada hər birinin öz maraqları olan və müdafiə olunmalı olan Rusiya və Türkiyəni bir-birinə qarşı birbaşa ağır döyüşlərə cəlb etmək riski daşıyır”, - nəşr qeyd edir.

Bildirilir ki, İsrailin Fələstinin radikal HƏMAS hərəkatı ilə münaqişəsi, İranla gərginlik və Livandakı qeyri-sabit vəziyyət fonunda regional müharibə riski daşıyır.

Xatırladaq ki, noyabrın 28-də suriyalı yaraqlılar Hələb vilayəti yaxınlığında hökumət mövqelərinə qarşı irimiqyaslı hücuma başlayıb. Üç gün ərzində Suriya Silahlı Qüvvələri minə yaxın silahlını məhv edib.

Türkan İSGƏNDƏRLİ