Uşaqları mitinqlərə məcbur etmək əxlaqsızlıqdır - Kobaxidze

 18:15 02.12.2024     102

Gürcüstanın Baş naziri İrakli Kobaxidze məktəblilərin Tbilisidə keçirilən hökumət əleyhinə mitinqlərə cəlb edilməsini əxlaqsızlıq hesab edir.

Redaktor.az xəbər verir ki,  bunu Kobaxidze mətbuat konfransında deyib.

“Mənəvi nöqteyi-nəzərdən bunun (tələbələrin etiraz aksiyalarına cəlb edilməsinin heç bir izahı və əsası yoxdur"' - o bildirib.

Bundan əvvəl müxalifət partiyalarının nümayəndələri tələbələri və məktəb müəllimlərini tətilə, məktəblərə getməməyə və mitinqlərdə iştirak etməyə çağırıblar. Müxalifətin çağırışını Gürcüstan Prezidenti Salome Zurabişvili də dəstəkləyib.

Türkan İSGƏNDƏRLİ