Putin və Pezeşkian Suriyadakı vəziyyəti müzakirə ETDİ
Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pəzeşkian arasında telefon danışığı olub.
Redaktor.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Suriyadakı gərginləşən vəziyyət müzakirə olunub.
Telefon danışığı zamanı “terrorçu qruplarının və dəstələrin genişmiqyaslı təcavüzü Suriya dövlətinin suverenliyini, siyasi və sosial-iqtisadi sabitliyini pozmaq məqsədi kimi qiymətləndirilib”.
Eyni zamanda, “Suriyanın qanuni hakimiyyətinə ölkənin konstitusiya quruluşunu və ərazi bütövlüyünü bərpa etmək üçün qeyd-şərtsiz dəstək ifadə olunub”.
Türkiyənin iştirakı ilə "Astana formatı" çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyi qeyd olunub.
Bundan başqa, Rusiya ilə İran arasında əməkdaşlığın inkişafına dair aktual məsələlər barədə fikir mübadiləsi aparıblar. Gələcək təmaslar barədə razılıq əldə olunub.
Kreml telefon danışığıın İran tərəfinin təşəbbüsü ilə baş tutduğunu yazıb.