Kobaxidze müxalifətlə danışıqların mümkünlüyünü istisna EDİB
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
"Xeyr, əlbəttə ki. Heç bir danışıq olmayacaq", - baş nazir müvafiq suala cavabında bildirib.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Buna səbəb hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin verdiyi bəyanat olub.