Fransa parlamentində müxalifət baş nazirə etimadsızlıq votumu irəli SÜRDÜ

 20:21 02.12.2024     74

Fransa parlamentində solçu müxalifət 2025-ci il üçün sosial sığorta büdcəsi haqqında qanun layihəsinin deputatların müzakirəsi olmadan qəbul edilməsinə görə Baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürüb.

Redaktor.az xəbər verir ki, onun jurnalistlərə müraciəti BFMTV tərəfindən yayımlanıb.

“Bu, Fransa tarixindəki ən qəddar sosial təminat büdcəsidir. Biz dərhal Baş nazirə etimadsızlıq votumu irəli sürürük”, - parlamentdəki solçu “İtaətsiz Fransa” fraksiyasının lideri Matilda Pano deyib.

Onun sözlərinə görə, indi deputatlar Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb edəcəklər.

“Biz artıq Makronun və onun qanun layihələrini irəli sürən kabinetinin totalitarizmini qəbul etmirik”, - o bildirib.

Marin Le Penin “Milli Birlik” partiyası “X” sosial şəbəkəsində Mişel Barnyenin Nazirlər Kabinetinə etimadsızlıq votumunu dəstəkləyəcəyini təsdiqləyib.

Qeyd olunur ki, etimadsızlıq votumu üzrə səsvermə dekabrın 4-də keçiriləcək. Lazımi səs çoxluğu (577-dən 289-u) halında votum qəbul olunacaq və hökumət istefaya gedəcək.