Polisə hücum etməkdə şübhəli bilinən şəxslər SAXLANILDI
Gürcüstanda polisə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb
Açıqlamada dekabrın 1-də Rustaveli prospektində keçirilən aksiya zamanı 52 yaşlı bir kişinin polisə “Molotovu kokteyli” ataraq su şırnağını zədələdiyi deyilir. Ona 7 ilə qədər həbs cəzası verilə bilər.
Hazırda cinayət işi çərçivəsində dörd nəfər saxlanılıb.