Daha bir Avropa ölkəsi məcburi hərbi xidməti geri qaytarmaq istəyir
Niderland Müdafiə Nazirliyi məcburi hərbi xidmətin ləğvindən 27 il sonra yenidən tətbiq etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə RTL telekanalı müdafiə nazirliyinin sənədlərinə istinadən məlumat yayıb.
Niderland Silahlı Qüvvələrinin komandanı general Onno Eiçelşeim bildirib ki, hərbi xidmətə çağırışın yenidən tətbiqi ilə bağlı konkret planlar yoxdur. Onun sözlərinə görə, bu, hazırda gündəmdə deyil və lazım da deyil. General qeyd edib ki, ordunun lazımi ləvazimatları əldə etməsi, kazarmalar tikməsi və təlim-məşq potensialının inkişaf etdirilməsi üçün illər lazım olacaq.
Sənədlərdə deyilir ki, Müdafiə Nazirliyi bu məqsədə nail olmaq üçün zəruri tədbirlər planı hazırlayıb. Telekanal bildirib ki, icbari hərbi xidmətin tətbiqi çox vaxt aparacaq, lakin qonşu dövlətlər məcburi hərbi xidmət tətbiq etməyə başlasa, Niderland dərhal hərəkətə keçəcək.
Sevinc İBRAHİMZADƏ