Putinin hədiyyə etdiyi pişik ÖLDÜ
Rusiya Prezidenti Vladimir Putinin 2012-ci ildə Yaponiyanın Akita prefekturasının qubernatoruna hədiyyə etdiyi "Mir" adlı pişiyi xəstəlikdən ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi yazır.
Qubernator bu kədərli hadisə ilə əlaqədar gələn bazar ertəsi növbədənkənar mətbuat konfransı keçirmək niyyətindədir.
Pişiyin 13 yaşı tamam olacaqdı. Onun videoları media tərəfindən nümayiş etdirilir.
Sevinc İBRAHİMZADƏ