Bəzi qidaların televiziyada reklamı qadağan edildi

 17:29 03.12.2024     121

Britaniyada uşaqların piylənmə problemi ilə mübarizə üçün yeni üsul tapıblar. Belə ki, gündüz vaxtları televiziyalarda bəzi qida reklamları qadağan edilib.

Redaktor.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ölkənin Səhiyyə Nazirliyi belə reklamlara yalnız saat 21:00-dan sonra icazə verildiyini açıqlayıb. Məhdudiyyətlərə həmçinin şəkər əlavə edilmiş sərinləşdirici içkilərin, səhər yeməyi taxıllarının, desert və "abur-cubur"ların, hazır yeməklərin və sendviçlərin reklamı da daxildir.

Məhdudiyyətlər gələn ilin oktyabrından qüvvəyə minəcək.

Sevinc İBRAHİMZADƏ