Ukrayna NATO-dan müdafiə sistemləri tələb edib
Ukrayna azı 20 əlavə hava hücumundan müdafiə sistemi tələb edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
"Biz artıq tərəfdaşlarımızı əsas ehtiyaclarımız barədə məlumatlandırmışıq və onlara tez cavab verdikləri üçün təşəkkür edirik. Biz "Hawk", "NASAMS" və ya "IRIS-T" kimi ən azı 20 əlavə sistem tələb edirik", deyə o bildirib.
Bundan əvvəl Kiyev Qərb ölkələrinin vəd etdiyi hava hücumundan müdafiə sistemlərini vermədiyindən dəfələrlə şikayət edib.
Türkan İSGƏNDƏRLİ