Hakim partiyanın lideri hərbi vəziyyətin tətbiqini PİSLƏDİ

 19:34 03.12.2024     124

Cənubi Koreyanın hakim "Vətəndaş gücü" partiyasının lideri Han Don Huk ölkə Prezidentinin hərbi vəziyyət elan etməsini səhv adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Daha əvvəl Prezident Yun Sok Yol Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edib.