Hakan Fidan NATO-da diplomatik fəallıq GÖSTƏRDİ

 19:47 03.12.2024     117

Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO Xarici İşlər Nazirləri toplantısı çərçivəsində İspaniyanın xarici işlər, Avropa İttifaqı və Əməkdaşlıq Naziri Xose Manuel Albares ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, Ukraynadakı son hadisələr və NATO çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Təhlükəsizlik və regional sabitliklə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlərin konstruktiv dialoqunun bölgədəki problemlərin həllinə töhfə verməsi gözlənilir.

Seymur BƏNNAYEV