Ərdoğan Sudani ilə telefon danışığı KEÇİRDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasına əsasən, Ərdoğan söhbət zamanı Türkiyənin prioritetinin sərhədlərdən kənarda sakitliyin qorunması və mülki əhalinin zərər çəkməməsi olduğunu vurğulayıb.
O, Suriyanın birliyi, sabitliyi və ərazi bütövlüyünə əhəmiyyət verildiyini, bu məsələdə Türkiyə və İraqın mövqeyinin üst-üstə düşdüyünü bildirib. Ərdoğan, Suriya rejiminin vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün real siyasi prosesə cəlb olunmasının vacibliyini qeyd edib.
Ərdoğan həmçinin Türkiyənin milli təhlükəsizliyini qorumaq məqsədilə PKK və onun qollarına qarşı mübarizə aparmaq üçün lazımi addımlar atmağa davam edəcəyini vurğulayıb.
Seymur BƏNNAYEV