Berlin Ukraynaya sülhməramlılar göndərə BİLƏR

 10:53 04.12.2024     114

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, atəşkəs əldə olunarsa, Berlin Ukraynaya sülhməramlılar göndərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Berbok NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında sülhün təmin edilməsi üçün alman əsgərlərindən istifadə edilə biləcəyini deyib. O, həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü formasında təhlükəsizlik təminatları ilə yanaşı, atəşkəsi təmin etməyə yönəlmiş beynəlxalq mövcudluq da nəzərdən keçirilə bilər.

Almaniyanın xarici işlər naziri əlavə edib ki, Berlin sülhə nail olmaq üçün bütün səyləri dəstəkləməyə çalışacaq.

Türkan İSGƏNDƏRLİ