Cənubi Koreya Prezidenti Şimali Koreya ilə münaqişə yaradacaq
Cənubi Koreya Prezidenti Yun Seok-yeol hərbi vəziyyətin uğursuzluğundan sonra Şimali Koreya ilə münaqişəyə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bunu Birləşmiş Demokratlar Partiyasının lideri Li Çje Myunq deyib.
"Onun atəşkəs xəttinin sabitliyini pozaraq, silahlı münaqişəyə gətirib çıxarmaqla Şimali Koreyanı təxribata çəkə biləcəyi ilə bağlı ciddi təhlükə var. Dövlət başçısı tərəddüd etmədən insanların həyatını təhlükəyə atmağı bacarır", - müxalifət başçısı qeyd edib.
Qeyd edək ki, Cənubi Koreya Prezidentinin impiçmenti ilə bağlı səsvermə dekabrın 6-7-nə təyin edilib.
Türkan İSGƏNDƏRLİ