Rusiya Suriyadakı vəziyyətlə bağlı danışıqlar aparacaq – Zaxarova

 16:37 04.12.2024     135

Moskva Suriya ətrafında vəziyyətin nizamlanması üzrə bir sıra görüşlər planlaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Hazırda ölkəmiz tərəfdaşlarımızla, qarant dövlətlərlə qarşılıqlı əlaqə qurur. Bu situasiyanın konkret elementlərinə gəlincə, diqqətinizi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun amerikalı ictimai xadim Taker Karlson müsahibəsinə cəlb etmək istərdim. Bu, Suriya üçün atılan addımlardandır. Sergey Viktoroviç Lavrov bu mövzuda geniş danışdı və bütün qiymətləndirmələr öz əksini tapacaq”, - Zaxarova əlavə edib.

Xatırladaq ki, Suriya 2011-ci ildən münaqişədədir. Astana formatı kimi də tanınan Astana danışıqları 2017-ci ildən davam edir və bu günə qədər 21 görüş keçirilib.

Astana formatına Suriya böhranının həlli prosesində qarant ölkələr kimi Rusiya, İran və Türkiyə, Suriya hökuməti və müxalifətinin nümayəndələri, Birləşmiş Millətlər Təşkilatı və müşahidəçi ölkələr: İordaniya, Livan və İraq daxildir.

Türkan İSGƏNDƏRLİ