İsrail və Hizbullah atəşkəsin davam etməsini istəyir - Blinken

 17:32 04.12.2024     93

Livanda atəşkəs davam edir, İsrail və Livanın şiə Hizbullah hərəkatı atəşkəsi davam etdirmək istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Onun sözlərinə görə, atəşkəs hələ də qüvvədədir. Bu, tərəflərin daha yaxşı düşünməyi üçün bir şansdır. 

Xatırladaq ki, İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.

ABŞ Prezidenti Co Bayden elan edib ki, əldə olunmuş razılaşmalar 60 gün ərzində Livan ordusu və dövlət təhlükəsizlik qüvvələri tərəfindən respublika ərazisi üzərində nəzarətin bərpasını nəzərdə tutur.

Türkan İSGƏNDƏRLİ