İsrail İordan çayının qərb sahilinə noyabr ayında bu qədər hücum EDİB
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində noyabr ayında fələstinlilərə qarşı 1396 hücum törədib.
Redaktor.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrım Divarı və Yəhudi Məskənləri ilə Mübarizə Şurasının hesabatına görə, İsrail hərbçiləri 1086, qeyri-qanuni məskunlaşanlar isə 310 hücum həyata keçirib.
Hücumlar 7 oktyabr 2023-cü ildən etibarən artıb və əsasən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə qeydə alınıb.
Seymur BƏNNAYEV