Zurabişvilini müxalifət lideri etmək cəhdi tamamilə uğursuzluqdur - Kobaxidze

Gürcüstan Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatır və o, müxalifət lideri ola bilməyəcək.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın siyasi yutub kanalına müsahibəsində deyib.
“Bəziləri onu (Zurabişvilini - red.) radikal müxalifətin lideri kimi təqdim etmək istəyir. Hamıya xatırlatmaq istərim ki, onun prezidentlik müddəti dekabrın 29-da başa çatır. Əlbəttə ki, onu müxalifət lideri etmək cəhdi tamamilə uğursuzdur. Ona görə də onun Gürcüstanın maraqlarına zidd hərəkət etmək imkanı yoxdur”, - Baş nazir bildirib.
Qeyd edək ki, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyası ilə Zurabişvili arasında fikir ayrılıqları bir neçə ildir davam edir.
Münasibətlər Zurabişvilinin oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etməsindən sonra daha da pisləşib.