Bursada 17 nəfər toyuqdan ZƏHƏRLƏNDİ

 22:32 04.12.2024     102

Türkiyənin Bursa şəhərinin Yenişehir rayonunda 17 nəfər yedikləri toyuqdan zəhərlənərək xəstəxanaya müraciət edib.

Redaktor.az xəbər verir ki, Yenişehir Dövlət Xəstəxanasına gedən vətəndaşların 16-50 yaş arasında olduğu bildirilib.

Yenişehir Bələdiyyə Başçısı Ercan Özel, zəhərlənmələrin eyni qida müəssisəsindən alınan məhsullarla bağlı olduğunu qeyd edib. Rəsmi orqanlar tərəfindən toyuq əti və digər məhsullardan nümunələr götürülüb, nəticələr açıqlanacaq.

Seymur BƏNNAYEV