ABŞ-də neft ehtiyatları son bir həftədə 5,1 milyon barel AZALDI

ABŞ-də kommersiya məqsədli neft ehtiyatları son bir həftə ərzində 5,1 milyon azalaraq 29 noyabr 2024-cü il tarixinə 423,4 milyon barel təşkil edib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, cari ehtiyat səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 5 % aşağıdır.
Birja məlumatlarına görə, Londonun ICE birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,02 % azalaraq 73,56 dollar/barel, WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 0,01 % azalaraq bir barelə görə 68,87 ABŞ dolları təşkil edib.