Xəzər regionu böyük potensiala malikdir - Britaniya

 23:23 04.12.2024     81

Dünya Bankının məlumatlarına görə, Xəzər dənizində külək enerjisi potensialı çox böyükdür. Bu göstərici Avropa Birliyinin enerji potensialını dəfələrlə üstələyir. Xəzər regionunun yaşıl enerji istehsalı və onun Avropaya ixracı üçün geniş imkanları mövcuddur.

Redaktor.az xəbər verir ki, bunu Britaniyanın Xarici İşlər Nazirliyi ilə Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin birgə yaratdığı Beynəlxalq Enerji Bölməsinin direktor müavini Sofi Vestleyk Xəzər Siyasət Mərkəzi tərəfindən Londonda keçirilən “Caspian Energy Security and Post-COP29” adlı konfransda deyib.

Sofi Vestleyk qeyd edib ki, Xəzər regionu Avropa üçün enerji təhlükəsizliyi və diversifikasiya baxımından strateji tərəfdaşdır. O əlavə edib ki, Avropa və Xəzər regionu arasında enerji əlaqələrinin gücləndirilməsi enerji keçidi üçün vacibdir:

“Biz bütün Avropa və Xəzər regionu arasında təcrübə mübadiləsi və daha yaxşı interkonektivliyin enerji keçidini sürətləndirə biləcəyinə inanırıq”.