Yaponiya kosmosdan enerji toplamağa başlayacaq

 09:12 05.12.2024     131

Yapon tədqiqatçılar kosmosda günəş enerjisini toplayaraq Yerə ötürəcək təcrübəyə başlayırlar.

Redaktor.az xəbər verir ki, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin himayəsi ilə həyata keçirilən layihəyə Yaponiya Kosmik Sistemləri (JSS) rəhbərlik edir.

Birinci mərhələdə günəş panelləri 5-7 kilometr yüksəklikdə uçan təyyarələrə yerləşdiriləcək.

Onlar mikrodalğaları yerdəki qəbuledicilərə ötürəcək və burada elektrik enerjisinə çevriləcək. Təcrübə uğurlu olarsa, 2025-ci maliyyə ilində orbitdəki peyklərdən enerji ötürülməsi sınaqlarına başlanacaq.

Orbitdəki panellər hava şəraitindən asılı olmayaraq sutkada 24 saat işləyən Yerdəki panellərdən 10 dəfə daha səmərəli ola bilər.

Lakin texniki və iqtisadi problemlər hələ də qalmaqdadı. Nüvə reaktoruna ekvivalent enerji istehsalı üçün 2 kvadrat kilometr günəş panelləri tələb olunacaq və onların orbitə çıxarılması 1 trilyon yendən çox başa gələcək.

Sevinc İBRAHİMZADƏ