İran İsrailin hücumuna cavab verməkdə qərarlıdır
Tehran İsrailin hərbi obyektlərinə endirdiyi zərbələrə cavab verəcək vədinə əməl edəcək.
Redaktor.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini general Əli Fədəvi bildirib.
"Gözləmək olduqca xoşdur. Bu, həqiqi imanın əlamətidir. Qoy insanlar bu əməliyyatın həyata keçirilməsini gözləsinlər. İndiyə qədər inqilabın liderləri və Keşikçilər Korpusu bütün həqiqi vədlərini yerinə yetiriblər. Bu da gerçəkləşəcək”, - deyə general qeyd edib.
Xatırladaq ki, oktyabrın 26-da İsrail ordusunun İrandakı hərbi obyektlərə hava zərbələri endirməsi nəticəsində dörd iranlı hərbçi və bir mülki şəxs həlak olub.
Türkan İSGƏNDƏRLİ