Kreml Suriya ilə bağlı açıqlama verdi
Rusiya Suriyadakı vəziyyəti diqqətlə izləyir və bu ölkənin hakimiyyət orqanları ilə əlaqə saxlayır.
Redaktor.az xəbər verir ki , bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hazırda biz Suriyada baş verənləri çox diqqətlə izləyirik. Biz suriyalı dostlarımızla daimi dialoqdayıq. Rusiya tərəfinin Suriyaya verə biləcəyi yardım vəziyyətin qiymətləndirilməsindən asılı olacaq”, - Kreml rəsmisi qeyd edib.
Qeyd edək ki, Suriya ordusu və müxalif Heyət Təhrir əş-Şam qruplaşması arasında Hama şəhəri ətrafında şiddətli döyüşlər davam edir.
Türkan İSGƏNDƏRLİ