ABŞ və Rusiya arasında bu problemlər var- Lavrov
ABŞ ilə münasibətlərdəki problemlər onların danışıqlar apara bilməməsindədir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Birləşmiş Ştatlarla münasibətlərimizdə bütün problem odur ki, onlar öz sözlərinə əməl etmirlər, danışıqlar aparmaq iqtidarında deyillər. Qərb NATO-nu təbliğ etməyəcəklərinə söz verdilər, tam əksini etdilər. Bu səbəbdən iki dövlət normal danışıq apara bilmir. Təbii ki, normal danışıq olmayanda münasibətlərdə problemlər qaçınılmazdır", - deyə nazir qeyd edib.
Türkan İSGƏNDƏRLİ