Fransanın baş naziri istefa VERDİ
Fransa Prezidenti Emmanuel Makron parlamentdə müxalifətin dəstəklədiyi etimadsızlıq səsverməsinin ardından Baş Nazir Mişel Barnierin istefasını qəbul edib.
Redaktor.az xəbər verir ki, Barnier istefasını rəsmi şəkildə prezidentə təqdim edib.
Qeyd edək ki, 574 deputatdan 331-i hökumətə qarşı etimadsızlıq təklifini dəstəkləyib. Bu nəticədən sonra Makron hökumətin buraxıldığını elan edib.
Hazırda yeni baş nazirin kim olacağı ilə bağlı müzakirələr davam edir.
Seymur BƏNNAYEV