Polşa ABŞ-dən 4 milyard dollar kredit GÖTÜRDÜ

 22:50 05.12.2024     170

ABŞ Polşaya silah alınması üçün 4 milyard dollar kredit ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində bildirib.

Kredit müqaviləsi ABŞ ilə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində bağlanılıb.

Kosinyak-Kamış qeyd edib ki, bu, Vaşinqtonun ümumi məbləği 11 milyard dollar olan növbəti belə kreditidir.

Qeyd edək ki, ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava ondan F-35 döyüş təyyarələri, hücum helikopterləri, "Patriot" hava hücumundan müdafiə sistemləri alır.