"Krım o halda Ukraynanın tərkibində qala bilərdi" - Lavrov

 09:15 06.12.2024     159

“2014-cü ildə hakimiyyət dəyişikliyi olmasaydı, Krım Ukraynanın tərkibində qalacaqdı”.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“2014-cü ilin fevral ayında dövlət çevrilişi olmasaydı və o vaxtkı prezident Viktor Yanukoviç ilə müxalifət arasında bir gün əvvəl əldə edilmiş razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də vahid və Krım da onun tərkibində olardı”, - Lavrov bildirib.