"ABŞ müflisləşəcək" - Mask
Birləşmiş Ştatlar milli borcun böyüməsini dayandırmasa, müflis olacaq və hətta əsas xidmətlər üçün belə ödəniş edə bilməyəcək.
Redaktor.az xəbər verir ki, bu fikri yeni seçilmiş prezident Donald Trampın administrasiyasında hökumətin səmərəliliyini təmin etmək üçün departamentin rəhbəri vəzifəsini üzərinə götürəcək amerikalı milyarder İlon Mask bildirib.
"Əgər biz dövlət borcunun eksponensial artımı ilə məşğul olmasaq, əsas xidmətlər də daxil olmaqla heç bir şey üçün pul olmayacaq!" — Mask "X" sosial şəbəkəsində yazıb:
Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı kimi, Amerikanın dövlət borcunun həcmi bu ilin sonuna kimi ÜDM-in 121 faizini, tədbirlər görülməsə 2029-cu ildə isə ÜDM-in 131,7 faizini təşkil edəcək.
Qeyd edək ki, Co Bayden 2021-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra ölkənin milli borcu 28 trilyon dollardan 36 trilyon dollara yüksəlib.
Sevinc İBRAHİMZADƏ