İsveç və Danimarka Ukraynaya zirehli maşın alacaq
İsveç və Danimarka Silahlı Qüvvələrinin Material Direktorluqları (FMV və FMI) 205 piyada döyüş maşınının (IFVs) birgə alınması üçün müqavilə imzalayıb.
Redaktor.az xəbər verir ki, müqavilənin ümumi dəyəri 25 milyard kron (2,3 milyard dollar) təşkil edir.
“Bu 205 maşından 115 piyada döyüş maşını Danimarkaya, 50-si isə Ukraynaya əvvəlki ianələrin kompensasiyası kimi İsveç üçün alınacaq. Qalan 40 maşın isə Ukraynaya çatdırılmaq üçün alınıb və əvvəllər Danimarka tərəfindən ayrılmış vəsait hesabına maliyyələşdirilib", - İsveç mediası qeyd edib
Əvvəllər İsveç Ukraynaya 50 "CV90" piyada döyüş maşını verib.
Türkan İSGƏNDƏRLİ