Orban Avropa İttifaqından pul istədi

 16:01 06.12.2024     145

Macarıstan büdcədən və icma fondlarından bloklanan bütün pulları almazsa, növbəti yeddi illik Aİ büdcə layihəsinə veto qoyacaq.

Redaktor.az xəbər verir ki, bunu ölkənin Baş naziri Viktor Orban bildirib.

O, Avropa İttifaqının bu təhlükəyə əhəmiyyət verəcəyinə əminliyini ifadə edib. Macarıstanın baş naziri xatırladıb ki, hazırda ölkənin Brüsseldəki hesablarında 12,5 milyard avro dondurulub və bu da 2026-cı ilin sonuna qədər milli iqtisadiyyatın ehtiyaclarını ödəyə bilər.

Orbanın sözlərinə görə, Macarıstanın bundan əlavə, alyans büdcəsindən başqa vəsait də almaq hüququ var, lakin ölkə bu məsələni 2026-cı ildən sonra qaldıra biləcək:

"Çünki 2027-ci ildən sonra 7 illik büdcə ilə bağlı danışıqlar başlayır. Bunun həyata keçməsi üçün yekdil fikir lazımdır və əminliklə deyə bilərəm ki, 2025-2026-cı illərdə ala bilmədiyimiz pulu alacağıq".

Sevinc İBRAHİMZADƏ