Belarus və Rusiya bu mövzuda müqavilə imzalayacaq
Rusiya çətin anlarda Belarusu mütləq qoruyacaq, Belarus isə həmişə Rusiyanın yanında olacaq.
Redaktor.az xəbər verir ki, bu sözləri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
"İki dövlət hər iki tərəfin milli maraqlarını qorumaq baxımından beynəlxalq səhnədə bir-birini dəstəkləməlidir. Çətin məqamda Rusiya Belarusu qoruyacaq, Belarus isə öz növbəsində həmişə Rusiyanın yanında olmağa hazırdır”.
Volfoviç bildirib ki, dövlət başçılarına başqa məsələlərlə yanaşı, Belarus və Rusiya arasında təhlükəsizlik təminatlarına dair müqavilənin də nəzərdən keçirilməsi təklif olunacaq.
“Bu, iki dövlətin bir-biri üçün olduğunu bəyan edən və qarşılıqlı təhlükəsizliyə zəmanət verən ilk belə tənzimləyici aktdır”, - o qeyd edib.
Türkan İSGƏNDƏRLİ