Bu ölkədə yenidən prezident seçkiləri keçiriləcək
Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə “Digi 24” telekanalı rəsmi mənbələrə istinadən xəbər verir.
Qərarın bütün prezident seçkiləri prosesinin yenidən başlanması demək olduğu açıqlanıb.
Qeyd edək ki, ölkədə son prezident seçkiləri bu ilin noyabrın 24-də keçirilmişdi, səsvermənin ikinci turunun isə dekabrın 8-də keçiriləcəyi proqnozlaşdırılırdı.
Sevinc İBRAHİMZADƏ