Təhsildə keyfiyyət artımı inkişafın əsas şərtidir - Mehmet Şimşek

 17:56 06.12.2024     182

Türkiyənin Maliyyə və Xəzinə naziri Mehmet Şimşək, təhsil sahəsində keyfiyyətin artırılmasının ölkənin iqtisadi və insan kapitalının inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Redaktor.az xəbər verir ki,  Şimşək sosial media hesabında Beynəlxalq Riyaziyyat və Təbiət Elmləri Təmayülləri Araşdırması (TIMSS) ilə bağlı açıqlama verərək, Türkiyənin təhsil sahəsində əldə etdiyi irəliləyişləri dəyərləndirib.

O vurğulayıb ki, təhsil islahatlarına yatırımlar davam edəcək və bu, ölkənin dayanıqlı inkişafına töhfə verəcəkdir.

Seymur BƏNNAYEV