"Oreşnik" Qərblə danışaqlarda mövqeyi gücləndirəcək

 22:56 06.12.2024     175

Belarus torpaqlarında “Oreşnik” raket sisteminin olması ölkənin istənilən gələcək danışıqlarda Qərbə nisbətən mövqeyini gücləndirəcək.

Redaktor.az xəbər verir ki, bu sözləri Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib.

“Qərb anti-Belarus siyasəti aparır. Onlar artıq o qədər sanksiya tətbiq ediblər ki, daha nəyin ardınca gedə biləcəklərini təsəvvür etmək çətindir” deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Minskdə keçirilən Rusiya və Belarus İttifaqının Ali Dövlət Şurasının iclasından sonra bildirib ki, Rusiyanın “Oreşnik” raket kompleksi 2025-ci ilin ikinci yarısında Belarusa yerləşdirilə bilər.

Seymur BƏNNAYEV