ABŞ məhkəməsi "TikTok"u qadağan ETDİ
ABŞ-də federal məhkəmə, Çin mənşəli TikTok platformunun istifadəçilərin məlumatlarını toplaması ilə bağlı mart ayında qəbul edilən qadağa qanununun qüvvəyə minməsi üçün qərar çıxarıb.
Redaktor.az xəbər verir ki, Kolumbiya Dairəsi Apellyasiya Məhkəməsi, TikTok-un qanuna qarşı açdığı iddia üzrə üç hakimdən ibarət heyətlə qərarını açıqlayıb.
Heyət, TikTok-un ana şirkətinin sosial media tətbiqini ya satmasını, ya da qadağa ilə bağlanmasını tələb edən qanunun lehinə səs verib.
TikTok-un, bu qadağanın ABŞ Konstitusiyasının birinci maddəsindəki söz azadlığına və "açıq internet" siyasətinə zidd olduğunu iddia etməsinə rəğmən, məhkəmə hökumətin bu addımını müdafiə edib. Qərarda: "Hökumət, ifadə azadlığını xarici düşmən ölkədən qorumaq və bu ölkənin ABŞ istifadəçiləri haqqında məlumat toplama imkanlarını məhdudlaşdırmaq üçün hərəkət edib. Buna görə müraciət rədd edildi", - deyə qeyd olunub.
Seymur BƏNNAYEV