Tbilisidəki etiraz aksiyasında 14 nəfər yaralanıb - Gürcüstan Səhiyyə Nazirliyi

 19:22 08.12.2024     195

Ötən gün Tbilisidəki etiraz aksiyasında xəsarət almış 14 nəfər xəstəxanaya yerləşdirilib.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlardan 10-u etirazçı, 2-si media nümayəndəsi və 2-si Daxili İşlər Nazirliyinin əməkdaşıdır.

Hazırda klinikalarda üç zərərçəkən müalicə alır, onların baş və bədən nahiyəsində xəsarətləri var, həyatlarına heç bir təhlükə yoxdur.