Alyaskada güclü zəlzələ baş VERDİ

 03:27 09.12.2024     141

ABŞ-nin Alyaska ştatında 6,3 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatında deyilir.

Yeraltı təkanlarının episentrinin Adak şəhərindən 107 km cənub-qərbdə olduğu bildirilib.

Yerin 48 km dərinliyində meydana gələn zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.