ABŞ Ukraynanı buna görə inandırmağa çalışır

 09:52 09.12.2024     152

Vaşinqton Kiyevi səfərbərlik yaşını 18 yaşa endirməyə inandırmağa çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin "Vaşinqton Post" nəşri bildirib. 

“Amerika rəsmiləri xəbərdarlıq ediblər ki, Ukraynada kadr çatışmazlığı indi silah qıtlığından daha kritik ola bilər”, - nəşr yazır.

Qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttinə daha çox gənc göndərmək üçün artan təzyiqlərlə üzləşir.

"Vaşinqton Post"un məlumatına görə, Ukrayna təxminən üç il ərzində “18 yaşından yuxarı kişilərin hərbi xidmətə çağırılmasına müqavimət göstərdi” və bu, “Kiyevin bəzi Qərb müttəfiqlərini çaşdırdı”.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət fəlakətlidir, Ukrayna ordusunun itkiləri Rusiyadan dəfələrlə çoxdur.

Turan İSMAYIL