“Bəşər Əsədlə bağlı bu qərarı Putin verə bilər” - Peskov

 15:15 09.12.2024     140

“Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə və ailəsinə Rusiyada sığınacaq verilməsi ilə bağlı qərarı yalnız Rusiya Prezidenti Vladimir Putin verə bilər”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

O, bununla belə, Bəşər Əsədə sığınacağın artıq verilməsi faktını şərh etməyib: “Əlbəttə, bu cür qərarlar dövlət başçısı olmadan verilə bilməz. Bu, onun qərarıdır. Lakin hazırda bu barədə heç nə deyə bilmərəm”.

Xatırladaq ki, Suriyada dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsinin Rusiyada olması barədə məlumat yayılıb. Bu gün isə Suriyanın Rusiyadakı Səfirliyi B.Əsədin Moskvada olmasını təsdiq edib.