Suriyanın gələcəyi müxalifət qüvvələrindən asılıdır
Suriyanın bir dövlət kimi taleyi müxalifət qüvvələrinin razılığa gəlməsindən asılıdır.
Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
"Vəziyyət açıq-aydın mürəkkəbdir. İş ondadır ki, Suriya müxtəlif hissələrdən ibarət ölkədir. Müxalifətdə təmsil olunan müxtəlif fraksiyaların razılığa gələ bilib-bilməyəcəyi bir çox cəhətdən suriyalıların taleyini müəyyən edəcək”, - o bildirib.
Qeyd edək ki, müxalifətin Dəməşqi ələ keçirməsindən sonra Suriya Prezidenti Bəşər Əsəd hakimiyyətin sülh yolu ilə təhvil verilməsi barədə göstəriş verərək istefa verib və ölkəni tərk edib.
Türkan İSGƏNDƏRLİ