Müxalifətlərin statusuna yenidən baxılmalıdır - BMT

 17:40 09.12.2024     144

Suriyada hakimiyyətin dinc yolla dəyişməsinə ümid edən ölkələr Dəməşqdə hakimiyyəti ələ keçirmiş bir sıra silahlı müxalifət qruplarının terror təşkilatları siyahısından çıxarılması imkanlarını nəzərdən keçirməli olacaqlar.

Redaktor.az xəbər verir ki, bu fikri BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen deyib.

“Burada yeni reallıqlar üzə çıxdı, əlbəttə ki, onlarla silahlı qruplaşmalar var və “Həyat Təhrir əl-Şam” açıq şəkildə onlardan biridir. Bəzi silahlı müxalifət qruplarının qadağan olunmuş təşkilatlar siyahısından mümkün çıxarılması onların fəaliyyətindən, eləcə də yeni hökumətdə “inklüziv” olmağa hazır olub-olmamasından asılı olacaq".

Bundan əvvəl ABŞ və Böyük Britaniya qadağan olunmuş təşkilatlar siyahısında olan suriyalı İslamçı Heyət Təhrir əl-Şam qruplaşmasının statusuna yenidən baxacaqlarını açıqlamışdı.

Türkan İSGƏNDƏRLİ