Rusiyanı sülhə məcbur etmək üçün güc tətbiq etmək lazımdır - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Xristian Demokratik və Xristian Sosial Birlikləri blokundan Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merzlə görüşündə bildirib ki, Rusiya ilə münaqişəyə yalnız güclü mövqedən sülh əldə etməklə son qoymaq olar.
Redaktor.az xəbər verir ki, bu barədə "UNIAN" məlumat yayıb.
Ukrayna liderinin sözlərinə görə, Kiyev münaqişəni diplomatik yolla bitirmək istəyir, lakin o, Rusiya hakimiyyətinin bununla razılaşmadığını iddia edir.
Bundan əlavə, Zelenski yenidən Ukraynanı NATO-ya dəvət etməyə çağırıb: “İndi biz NATO-ya üzv ola bilmərik, amma dəvət mümkündür. Mən bu məsələni prezident Baydenlə müzakirə etmək niyyətindəyəm, çox şey onun mövqeyindən asılıdır”, - o vurğulayıb.
Türkan İSGƏNDƏRLİ