Putin KTMT ölkələrinin rəhbərlərini Moskvaya dəvət ETDİ
Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərlərini və hərbi heyətlərini 2025-ci ildə Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə parada dəvət edib.
Redaktor.az xəbər verir ki, bu barədə Putin özü açıqlama verib.
“Biz, əlbəttə ki, 2025-ci il mayın 9-da KTMT-yə üzv ölkələrin liderlərini Moskvada gözləyirik. Bundan əlavə, biz sizin ölkələrinizin hərbi ekipajlarını Rusiya hərbçiləri ilə birlikdə Qızıl Meydandakı paradda iştirak etməyə dəvət edirik", - Putin KTMT ölkələrinin parlament rəhbərləri ilə görüşdə deyib .
Rusiya lideri KTMT dövlətlərinin tarixi həqiqətlərin qorunması istiqamətində fəaliyyətinin vacibliyini qeyd edib.