Bu iki ölkədən suriyalılarla bağlı QƏRAR

 20:44 09.12.2024     150

Danimarka və Norveç hakimiyyət orqanları suriyalı qaçqınların sığınacaq müraciətlərinə baxılmasını dayandırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Franss Press" agentliyi məlumat yayıb.

Danimarka Qaçqınlar Şurası ölkədəki qeyri-müəyyən vəziyyətə görə Suriyadan olan insanların işlərinə baxılmasını dayandırmaq qərarına gəldiyini bildirib.

Agentlik vurğulayıb ki, Norveç də vəziyyət sabitləşənə qədər suriyalı qaçqınların işlərinə baxılmasını dayandırmaq qərarına gəlib.