"Təhrir əş-Şam" onların da təhlükəsizliyinə zəmanət VERDİ

 21:50 09.12.2024     151

Suriyanın silahlı müxalifət əvvəllər hərbi xidmətə çağırılmış bütün suriyalıların təhlükəsizliyinə zəmanət verib.

Redaktor.az xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar İdarəsi (silahlı birləşmələrin rəhbər orqanı - red.) Teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, idarə məcburi xidmətə çağırılan əsgərlər üçün ümumi amnistiya elan edib:

"Onların həyatları təhlükəsizdir və onlara hücum etmək qadağandır”.

Qeyd edək ki, ötən gün "Təhrir əş-Şam" Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejimini devirib.