Çexiya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırıb
Çexiya Suriya vətəndaşlarının sığınacaq üçün müraciətlərinə baxılmasını dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Vita Rakusana istinadən məlumat yayıb.
"Biz indi suriyalıların Çexiyaya sığınacaq üçün müraciətlərinə baxılmasını dayandırdıq. Bu, adətən müraciət edənlərin gəldiyi ölkədə əhəmiyyətli dəyişikliklərin baş verdiyi hallarda olur."
Məlumata görə, 25 Suriya vətəndaşı Çexiyanın müvəqqəti qaçqın saxlama mərkəzlərində yerləşdirilib. Onlardan 13-ü immiqrasiya qanunlarını pozduqlarına görə saxlanılıb, 12-si isə beynəlxalq müdafiəyə müraciət edir.
Çex mediası 2024-cü ilin iyun ayının sonunda respublikada 1653 Suriya vətəndaşının qanuni olaraq yaşadığını, oradakı əcnəbilərin ümumi sayının isə 1,056 milyon nəfər olduğunu bildirib.
Bundan əvvəl Almaniya, Avstriya, Norveç, Danimarka, Finlandiya və İsveç də Suriya vətəndaşlarının sığınacaq müraciətlərinə baxılmasının dayandırıldığını elan etmişdilər.
Seymur BƏNNAYEV