Şengen vizaları ilə bağlı problem həllini tapdı
Avstriya Bolqarıstan və Rumıniyanın Şengen sazişində tam şəkildə iştirak etməsinə imkan verən Şengen zonasının genişləndirilməsi ilə bağlı vetosunu ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə Avstriya Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
Qeyd edək ki, Rumıniya və Bolqarıstan Ai-nin və NATO-nun üzvləridir. Onlar 29 ölkədən ibarət Şengen zonasına 2024-cü ilin martında qoşulub və ancaq dəniz və hava sərhədlərini açıblar. Bu isə Rumıniya və Bolqarıstanın qoşulmasına qarşı çıxan Avstriya ilə qismən razılığa gəldikdən sonra olub.
Avstriya rəsmiləri hər iki ölkədə qeyri-qanuni immiqrasiyanın çox yüksək səviyyədə olduğunu və bunun həlli istiqamətində daha çox iş görməli olduğunu bildiriblər.
2024-cü ilin sonuna qədər viza mərkəzlərində Şengen vizalarının verilməsi ilə bağlı vəziyyət yaxşılaşıb.
Sevinc İBRAHİMZADƏ